Azəri
Saturday 7th of December 2019
  280
  0
  0

Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?

Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?

Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?

Qısa cavab

Qurani- Kərim tarix, əfsanə və lüğət kitabı deyildir ki, orada bütün peyğəmbərlərin tarixçələrini, adlarını və yaşayış tərzlərini arayıb axtaraq.[i]

Əksinə Quran insanları hidayət edən, nəfsi saflaşdıran,[ii] insanlar üçün təlim-tərbiyə göstəricisi oan ilahi bir kitabdır.

Qurani-Kərimin bu hədəfi bir çox peyğəmbərlərin adlarının çəkilməməsi üçün əsas səbəbidir. Bəzi peyğəmbərlərin adlarının və həyat tərzlərinin Quranda qeyd olunması, onların tarixləri ilə tanış olmağımız üçün deyil, əksinə onların müsibətlərindən və qövmlərinin axır-aqibətlərindən ibrət almağımız üçüdür. Əgər adları Quranda gəlməyən peyğəmbərlərin həyatından bizim üçün daha faydalı mətləblər olsaydı Quran onu mütləq qeyd edərdi.

Başqa sözlə desək Qurani-Kərim insanların təlim-tərbiyəsi, həmçinin İlahi əmrlərin insanların qəlbində daha əsaslı və möhkəm yer tapması üçün tarixin hikmətli və ibrətamiz hissələrindən (epizodlarından) istifadə etmişdir. Bir sözlə Qurani-Kərim heç vaxt tarix ensklopediya kitabı məqsədi ilə yazılmamışdır. Misal üçün; Həzrət Musanın (ə) adı Quranın 28 surəsində və yüzdən çox çəkilmişdir. Amma o mətləblər heç vaxt tarix ünvanında qeyd olunmamışdır. Qurani-Kərim heç bir peyğəmbər haqqında tarix qeyd etməmişdir. (onların dünyaya gəlməsi, vəfatı və sair..) amma həzrət Musanın (ə) və digər peyğəmbərlərin həyatında olan bütün ibrətamiz və faydalı mətləbləri gətirmişdir. Həmçinin Quran nazil olan zamanda (Quranın əsrində) insanların savadsızlığı, başqa yaxın və uzaq qövmlərdən, o cümlədən onların həyat tərzlərindən və peyğəmbərlərindən xəbərsiz olmaları bir çox peyğəmbərlərin adlarının Quranda gəlməməsinə səbəb ola bilər.

[i] - Bəsairud- dərəcat, səhifə 121; əl-Xisal, səhifə 300 və 641 (mənqul əz rah rahşenasi səhifə 17); biharul- ənvar, cild 11, səhifə 30, 32 və 41

[ii] - Cavad Amuli, Abdullah, təfsir təsnim, cild 1, shifə 48

Ətreaflı cavab

Qurani-Kərimdə “nisa” surəsinin 163-164 və “Ğafir” surəsinin 78-ci ayəsinə əsasən bütün ilahi peyğəmbərlərin həyaı Quranda gəlməmişdir. Həmçinin Quranın bəyanından məlum olduğu kimi, adları qeyd olunan peyğəmbərlərin (25 nəfər) həyat tərzi geniş surətdə qeyd olnumamışdır. Məsələn: həzrət İsa (ə) Musa (ə) və İbrahim (ə) kimi.

Baxmayaraq ki, bu ilahi şəxsiyyətlər uca məqamlı (ulul- əzm) peyğəmbərlərdəndir. Qurani-Kərim onların tarixindən bizim üçün faydalı və ibrtamiz olan qədər qeyd etmişdir. Bunu da qeyd edək ki, bəzi hədislərdə ənbiyanın sayı 124 min və rəsulların sayı 313 nəfər olduğu qeyd olunmuşdur.[1]

Qurani-Kərimin nazil olmasından və Rəsuli Əkrəmin (s) peyğəmbərliyə seçilməsindən əsas ilahi hədəf insanların hidayəti və ali məqama çatmasıdır.[2] Bundan əlavə insan gərək bütün ilahi əmrləri yerinə yetirsin ki, ilahi səadətə və “xəlifətullah” məqamına yetişə bilsin.

Təlim-tərbiyə məsələsi ilə yanaşı tarixi hadisələrin nəql olunmasının əsas faydalarından biri də budur ki, o məsələlər daha yaxşı başa düşülür və insanın yaddaşında hadisə ilə birlikdə həkk olur. Qurani-Kərimdə peyğəmbərlərin həyatından qissələrin (əhvalatların) nəql olnuması aşağıdakı meyarlara söykənir:

  1. Ənbiyanın insanları dinə necə dəvət etməsi, onların hədəflərinin müştərək olması. Yəni Allaha ibadət etmək və ps əməllərdən çəkinmək.
  2. İnsanların peyğəmbərlərlə necə (münasibət bəsləməsi və) rəftar etmələrinin çatdırılması və bu rəftarın əsas səbəbləri və nəticələr.
  3. Peyğəmbərlərin xurafatlarla, dini təhriflər və düşmənlərlə mübarizəsi.
  4. Möminlərin kafirlərlə, zalımlarla və öz düşmənləri ilə necə rəftar etməsi.
  5. İlahi qanunların ictimaiyyətdə hakim olması və onun bütün zamanlarda davamının bəyan olunması.

Yuxarıda qeyd etdiyimiz meyarlar bir növ aşağıdakı gətirəcəyimiz hədəflərin açıqlamasıdır.

Peyğəmbərlərin insanlara təlim-tərbiyə baxımından hikmətli və ibrətamiz sözlərlə moizə etməsi, həmçinin insanların düşmən və üsyankar qövmlərin axır-aqibətlərindən ibrət almaları, Rəsuli-əkrəmin (s) keçmiş peyğəmbərlərin üsullarından hidayət yolunda istifadə etməsi.

Tarixdə olan hadisələri Quranın meyarları əsasında qiymətləndirmək və özünü tarixin qiymətli şəxsiyyətlərinin yerində hiss etmək.

Tarixdə bəzi peyğəmbərlər barəsində nəql olunan şübhələrin və onlara atılan iftiraların aradan qaldırılması. Misal üçün: yəhudilərin Üzeyr peyğəmbərə (ə) və İsəvilərin (xristianların) həzrət İsaya (ə) Allahın oğlu[3] olmaq nisbətinin verilməsi və ya həzrət Musanın (ə) qətldə[4] ittiham olunması və sair.

Peyğəmbərin və möminlərin düşmənin müqabilində qəlblərinin təskinlik tapması və bu yolda səbirli və sabit qədəm olmaları, həmçinin kafirləri qarşılıqlı müqavimətləri ilə qorxuya salıb naümid etməkdir.[5]

Ümumi qeyd etdiklərimizdən belə nəticə alırıq ki, Quranın bəzi yerlərdə tarixə toxunmaqdan əsas hədəfi insanları qəflət yuxusundan ayıltmaq və bu yolda onlara xəbərdarlıq etməkdir.

Bundan əlavə bütün ilahi peyğəmbərlər eyni məqam və mənsəb sahibi olmamışlar.[6] Onların bəziləri böyük bir qövmə, bəziləri kiçik bir qəbiləyə və bəziləri isə öz qohum-əqrabaısna peyğəmbər və ya nəbi olmuşdur. O cümlədən onların hamısının özlərinə məxsus dinləri olmamışdır. Misal üçün: Mümkündür eyni zamanda bir peyğəmbərin dininə bir neçə nəbi və ya peyğəmbər insanları dəvət etsin. Necə ki, Lut (ə), Yaqub (ə), İshaq (ə) və İsmail (ə) peyğəmbərlər həzrət İbrahimin (ə) gətirdiyi dini yaymaqda davam edirdilər. Həmçinin bütün Bəni-israil peyğəmbərləri Musanın (ə) gətirdiyi şəriəti yayıb və onu insanlar üçün təfsr edirdilər. Mümkündür bu peyğəmbərlərin bəzisi insanları gizli və mxfi şəkildə dinə dəvət etdikləri üçün onların adları Quranda gəlməmişdir.[7] Başqa bir mətləb də budur ki, İslam peyğəməri (s) ilə düşmənçilik edən qövmlərin çoxusu yəhudi məslək olduğu üçün Qurani-Kərim ən çox həzrət Musadan (ə) və bəni-İsraildən nəql etmişdir ki, yəhudilər və yeni iman gətirmiş möminlər ibrət alsınlar. Bu səbəbdən başqa peyğəmbərlərin adları Quranda gəlməmişdir.[8]

Sonda bu mətləbə işarə etmək faydalı olardı ki, Quranda nəql olunan hadisələrin və adları çəkilən ümmətlərin yaxın yaxın şərqə və Asiya torpaqlarına mənsub olmağına baxmayaraq demək olmaz ki, qərb torpaqlarında ilahi peyğəmbərlər olmamışdır. Mümkündür ki, onların həyat və yaşayış tərzləri, həmçinin ümumi mədəniyyətləri Asiyalılardan fərqləndiyi üçün onların qissələri və peyğəbərlərinin adları Quranda gəlməmişdir.

Mətnə uyğun olaraq daha geniş məlumat əldə etmək üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz.[9]

İstifadə olunmuş ədəbiyyat

  1. Cavad Amuli, Abdullah, təfsir-təsnim, cild 1, səhifə 39-52
  2. Cavad Amuli, Abdullah, sireye peyğəmbəran dər Quran, cild 6-7, İsra, ikinci çap, 1379, Qum
  3. Şirvani, Əli, dərsnameye-əqaed, mərkəz-cəhani- ulume- islami, birinci şap, 1376, Qum, səhifə 164
  4. Təba- təbai, Muhəmməd Hüseyn, əl-Mizan, cameye- odərrisin hovzeye elmiyyeye Qum, cild 6, səhifə 146 və cild 17, səhifə 354
  5. Qurani Kərim
  6. Misbah Yəzdi, Muhəməd Təqi, Amozeşe aqaed, cild 1-2, saziman tabliğat islami, altıncı çap, 1370, teran, 29-cu dərs, səhifə 281
  7. Misbah Yəzdi, Muhəməd Təqi, Maarefe Quran, rah və rahnoma şenasi, moəssiseye Amozeşi və pejuheşi imam xomeyni (rh), 1-ci çap, 1376, Qum, səhifə 17, 21-22 və səhifə 58-153
  8. Hadəvi Tehrani, Məhdi, təəmmolat dər elme Usule feqh, birinci kitab, dördüncü dəftər.

[1] - Ən-nəhl surəsi, ayə 36

[2] - Al- İmran surəsi, ayə 140

[3] - Ət-Tovbə surəsi, ayə 30

[4] - Əl-Əhzab surəsi, ayə 69

[5] - Hud surəsi, ayə 120-123

[6] - İsra surəsi, ayə 55; ənam surəsi, ayə 83-90; bəqərə surəsi, ayə 252

[7] - Bax: əl-Mizan, cild 6, səhifə 146 və cild 7, səhifə 354; Əli şirvani, dərsnameye

qaed, səhifə 164

[8] - Bax: Cavad Amuli, Abdullah, təfsir-təsnim, cild 1, səhifə 39-52

[9] - Hadəvi Tehrani, Məhdi, təəmmolat dər elme Usule feqh, birinci kitab, dördüncü dəftər.

  280
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Yəmən ordusu Səudiyyə rejiminin Apaçi helikopterini vurdu
    Müqəddəs Qumda yerləşən "Din və Təbiət" muzeyi – Foto
    Təbrizdə "Quranın 30-cü Cüzünü Hifz Edək" Milli Layihənin 4000 şagirdlərdən ...
    Sualın xülasəsi: İnsanın dünyadan köçmüş yaxın adamını yuxuda görməyi üçün hansı ...
    İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd edilir – Foto
    Habil və Qabil kim ilə evlənmişdi?
    Aya şeytanın övladı vardır və onlar da lənətlənibdirmi?
    Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri dərk ...
    Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?
    Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? ...

 
user comment